22.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Nadirkənd kənd Klubunda "Xocalı qan yaddaşımızdır" adlı anım tədbiri keçirildi.
Tədbirdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, Borsunlu, Balakürd kənd Mədəniyyət Evlərinin, Qırıxlı,Həmənli, Gülməmmədli, Qazançı, Qarasuçu, Yolpaq, Şıxlar, Kələk kənd Klublarının nümayəndələri, şagirdlər eyni zamanda kənd sakinləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Balakürd kənd Mədəniyyət Evinin metodisti Elçin Tağıyev açdı.
O, çıxışında 31 ildir xalqımızın sağalmaz yarası olan bu faciənin tarixindən, ulu Öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət almasından bəhs etdi.
Çıxışın ardınca Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Çıxış üçün söz Goranboy rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyevə verildi.
O, öz çıxışında Xocalı faciəsinin tarixi barədə faktları göstərməklə qeyd etdi ki, tarixən erməni millətçiləri Azərbaycan xalqının başına müsibətlər gətirməklə öyünmüşlər. Çıxışçı ermənilərin inanırıq xalqımıza qarşı törətdiyi misligörülməmiş işgəncələrdən və əliyalın xalqımızın soyuq qış günü çəkdiyi əziyyətlərdən söz açdı.
Tədbirdə çıxış edən Mədəniyyət işçiləri “Xocalı Soyqırımı gənclərin gözü ilə” mövzusunda çıxış etdilər.
Çıxışçılar gənclərimizin Xocalı soyqırımı ilə bağlı məsələlərdə aktiv olduğunu və sosial şəbəkələrdə keçirilən Xocalıya dəstək kompaniyalarında hər zaman yaxından iştirak etdiklərini vurğuladı.
İnanırıq ki, müzəffər ordumuz zəfər qazandıqdan sonra Xocalı faciəsi qurbanlarımızın ruhları bir qədər rahatlıq tapdı deyə natiqlər bildirmişdir.
Sonda Nadirkənd Klubunda Xocalı həqiqətlərini əks etdirən foto-sərgiyə baxış keçirildi.
Tədbir məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirilmişdir.